Xorvatiyanı “Eurovision- 2012”də 40 yaşlı müğənni təmsil edəcək- FOTO
Xorvatiya "Eurovision- 2012" mahnı müsabiqəsindəki təmsilçisinin kimliyini açıqlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın müsabiqə üzrə yayımçı kanalı HRT Bakıya 40 yaşlı Nina Badriçi göndərəcəyini açıqlayıb.
N. Badriç 1993, 1994, 1995 və 2003-cü illərdə Xorvatiyanı müsabiqədə təmsil etmək istəyib. Hətta 2003-cü ildə milli seçim turunda 2-ci olub. Onun Bakı səhnəsində ifa edəcəyi mahnı martda müəyyənləşəcək.
N. Badriç 1972-ci il iyulun 4-də Zaqrebdə doğulub. Gənc yaşlarından musiqi ilə məşğuldur. 1995-ci ildə onun ilk \"Godine nestvarne\" adlı ilk albomu işıq üzü görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB