Ceyms Patterson \"Forbes\" jurnalının reytinq cədvəlində ən çox qazanan yazıçıların siyahısına başçılıq edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerika yazıçısı Ceyms Patterson ikinci ildir ki, ən çox qazanan yazıçı hesab olunur.
C.Patterson 2010-cu ilin may ayından 2011-ci ilin aprel ayına qədər 84 milyon dollar qazanıb. Bu, \"Forbes\" reytinqinin ikinci pilləsində yer alan Daniela Stilin gəlirindən iki dəfə çoxdur.
Qeyd edək ki, romanlar müəllifi Daniela Stilin gəliri 35 milyon dollardır. Reytinqin üçüncü pilləsində 28 milyon gəlirlə fantastika və qorxulu əsərlərin müəllifi Stiven Kinq qərarlaşıb.
Jurnalın qeyd etdiyinə görə, yaxın illərdə Ceyms Pattersonun liderliyini əlindən ala biləcək çətin tapılsın. Çünki 2012-ci ilin sonuna qədər onun 17 kitabı dərc olunacaq. Bu da yazıçının 150 milyon dollar qazanc əldə etməsinin qarantıdır.
Maraqlıdır ki, Ceyms Patterson kitablarının satış həcminin azalmasına baxmayaraq, gəlirini bir il ərzində 70 milyon dollardan 84 milyon dollara qədər artıra bilib. Onun uğuru ilk növbədə elektron kitablar bazarında fəallığı ilə izah olunur. Çünki Ceyms Patterson yeganə yazıçıdır ki, əsərlərini 1 milyon nüsxə ilə rəqəmli formatda satışa çıxarıb.
64 yaşlı Ceyms Patterson triller janrının ən parlaq nümayəndələrindəndir. Onun ən məşhur bestsellerləri amerikalı psixoloq Aleks Kross barəsində olan kitablarıdır. Pattersonun həmçinin detektiv Maykl Bennet barədə dörd roman, bütün dünyada məşhur olan "Ölüm cinayətlərinin instintaqı üzrə qadın klubu" adlı seçilmiş əsərləri var. Patterson kəskin süjetli əsərləri ilə yanaşı, uşaqlar üçün kitabların müəllifi kimi də tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB