İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Milanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən ibarət qaçqın uşaqların bir qrupunun konserti təşkil olunub. Uşaqlar öz ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,
konsert proqramında Cüzeppe Verdi adına Konservatoriyanın tələbələrindən ibarət xor qrupu və pianoçuları da çıxış ediblər. Konsert proqramından sonra səfirlik tərəfindən şam yeməyi verilib.
Yerli mətbuatda konsert proqramından bəhs edən məqalə dərc edilib. Məqalədə konsert proqramında çıxış edən uşaqların qaçqın olmasından, onların qaçqın taleyi yaşamasına səbəb olmuş ermənilərin Azərbaycana təcavüzündən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından bəhs olunur. Məqalə uşaqların ifasını əks etdirən şəkillərlə illüstrasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB