Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb

Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb

Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan "Dublin" ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb. SİA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 6 əsər daxil edilib.

Əsərlər aşağıdakılardır:

1. Percival Everett (ABŞ) – “Ceyms”

2. Daniel Meyson (ABŞ) – “Şimal meşələri”

3. Selva Almada (Argentina) – “Bir çay deyil bu”

4. Pol Linç (İrlandiya) – “Peyğəmbərin nəğməsi”

5. Maykl Krammi (Kanada) – “Rəqib”

6. Gerda Blis (Holland) – “Biz işığıq”

Qeyd edilib ki, professor Kris Moraşın sədrlik etdiyi altı üzvdən ibarət beynəlxalq münsiflər heyəti bir qalibi seçəcək və qalib 16-25 May 2025-ci il tarixlərində keçiriləcək Dublin Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində mayın 22-i elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə