Baharın gəlişi münasibətilə Almaniyanın Hamburq şəhərində Novruz şənliyi keçirilib. SİA xəbər verir ki, gecənin ən yaddaqalan məqamlarından biri Azərbaycan milli rəqsləri olub. İstedadlı rəqqaslar milli geyimlərdə səhnəyə çıxaraq, tamaşaçılara unudulmaz anlar yaşadıblar. Həm ritmik musiqi, həm də incə və zərif rəqslər tədbirə xüsusi ahəng qatıb.
Rəqslərlə yanaşı, canlı musiqi və ifalar da gecəyə xoş ovqat bəxş edib. Azərbaycan musiqisinin zəngin və melodik səsləri qonaqları bu qədim və rəngarəng mədəniyyətə daha da yaxınlaşdırıb.
Tədbirdə qonaqlara Novruz təamları ilə yanaşı, bu qədim bayramın minilliklərdən süzülüb gələn adət-ənənələri də təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə