Sankt-Peterburqda Fikrət Əmirovun “Min bir gecə” baletinə baxılacaq

Mariinski Teatrının Primorski səhnəsinin balet truppası fevralın 21-dən martın 2-dək Sankt-Peterburqda Azərbaycan bəstəkarı Fikrət Əmirovun incisi - “Min bir gecə” baletinin proqramında çıxış edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladivostokdakı tamaşanı balet qrupunun bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi Eldar Əliyev səhnələşdirib və o, əsəri Şimal paytaxtında da tamaşaçılara təqdim edəcək.

“Min bir gecə” baletinin tamaşaları fevralın 22 və 23-də keçiriləcək, dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş maestrosu, Əməkdar Artist Əyyub Quliyev olacaq.

Yeri gəlmişkən möhtəşəm "Min bir gecə" baletinin necə doğulduğu haqqında daha əvvəl də rus saytlarında yazılar getmişdi. Qeyd edək ki, bu balet qadına, onun müdrikliyinə, mənəvi gözəlliyinə himndir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə