Ankarada dünyanın ən böyük ebru əsəri sərgisi

Ankaradakı ebru sərgisi fevralın 10-dək gələn qonaqların üzünə açıq olacaq

Türkiyənin paytaxtı Ankarada dünyanın ən böyük ebru əsəri sərgilənir.

SİA-nın əldə etdiyi məlumata görə, incəsənət müəllimi və ebru sənətçisi Əli Şentürk və tələbəsi Hikmət Akçelikin 31 metrlik ebru əsəri ankaralı sənətsevərlərə təqdim olunub.

Sərginin açılışında Ə.Şentürk Ginnes rekordlar kitabına düşən əsərlərilə bağlı Anadolu Agentliyinə məlumat verərək deyib: “Ebru sənətinə 1996-cı ildə başladım. Əsərlərim Türkiyənin hər bölgəsində, o cümlədən Fransa, Almaniya və başqa yerlərdə sərgilənib. İndiyədək 16-ya yaxın sərgim olub.

İki əsərim Ginnes rekordlar kitabına düşüb. Nümayiş olunan 31 metr uzunluq və 1,5 metr enində olan parçanın üzərinə “Kəliməyi-Tövhid” sözünü tələbələrilə birlikdə tək parçaya həkk etmişəm ki, onu da bu rekordlar kitabı üçün təqdim edəcəyik.

Ebru sənətinin müalicəvi bir sənətdir. Hər kəsə bu işlə maraqlanmağı tövsiyə edirəm”.

Qeyd edək ki, Ankaradakı ebru sərgisi fevralın 10-dək gələn qonaqların üzünə açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə