Ştefan Svayqın məşhur əsəri “M Teatrın” səhnəsində PREMYERA+FOTOLAR

Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində bu dəfə dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Yeni tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.

Melodrama janrında hazırlanan tamaşada rolları əməkdar artist İlqar Cahangir, aktyorlar Oksana Rəsulova və Ziya Ağa ifa ediblər.

Məlumat üçün qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir.Və dünyanın bir çox ölkələrində tərcümə olunub.

Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.

Teatrın Mətvuat Xidməti

Bütün xəbərlər Facebook səhifəmizdə