Heydər Əliyev Mərkəzində Yaponiyanın “Tate-Hatoryu” qrupunun ifasında“ yeni təqdimat

Yaponiya Səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi, ITOCHU, JTI Azərbaycan, ISR Auto və Landmark Baku şirkətlərinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin Auditorium Zalında Yaponiyanın “Tate-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı” təqdim edilmişdir.

Tədbirdə çıxış edən səfir Vada Cüniçi qədim köklərə dayanan ənənəvi yapon incəsənəti Tate haqqında məlumat vermiş və bü cür tədbirlərin Azərbaycanda keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə olacağına inamını vurğulamışdır.

Tate-ənənəvi yapon qılınc döyüş sənətinin səhnələşdirilimiş incəsənət forması olub, özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal xüsusiyyətlərə malikdir. Burada döyüş və hadisə filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş oluanan realistik və dinamik səhnələr canlandırılır.

Tədbirdə çıxış edən, hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Tate Hatoryu” qrupu indiyədək Nyu -York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edərək, aktiv şəkildə Tate incəsəət növünü təbliğ edirlər. Eyni zamanda bir şox hadisə və döyüş filmləri üçün döyüş səhnələrinin çəkilişində də dəstək göstərirlər.

Bu dəfə “ Tate Hatoryu” qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxışlar nümayiş etmiş və çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə “Tate Hatoryu” qrupunun ifaçıları qonaqlarla interaktiv şəkildə əlaqə quraraq, incəsənət növünün, döyüş rekvizitlərinin izahatını vermiş, tamaşaçılara bu incəsənət növünü yaxından tanıtmışlar. Tamaşaçılar yapon mədəniyyətinin ayrılmaz hissələrini özündə birləşdirən "Tate" ilə yaxından tanış olmaqla yanaşı, səhnədə qrup ilə birlikdə performans göstərmək şansı əldə etmiş, maraqlı, bir o qədərdə əyləncəli anlara şahidlik etmişlər.
Tədbirin sonunda qılınc hərəkətləri ilə çıxışlar nümayiş olunmuşdur.

Afət Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə