“62 şəhidin həyat hekayəsini yazmışam”

“Bu gün burada mənim üç kitabımın təqdimatı baş tutacaq. Onlardan biri bədii əsər, biri roman, digəri isə vətənpərvərlik mövzusunda yazdığım əsərlərdir. Azərbaycanda yaşayıb-yaradan hər bir yazıçının vətənpərvərlik, şəhidlərimiz haqqında yazılarının olması düşünürəm ki, vacib şərtdir”. SİA xəbər verir ki, bu sözləri yazıçı puplisist Nurəddin Ədiloğlu kitab təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, 62 şəhidin həyat hekayəsini yazıb: “Azərbaycanın bütün bölgələrindən olan qəhrəman oğullar barəsində də yazılarım çoxdur. Düşünürəm ki, bunlar hər bir yaradıcı insanın özünün hesabatıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə