TRT televiziyası 55 yaşını qeyd edir

“Hörmətli həmkarlar, ölkəmiz televiziya yayımı səyahətinə 55 il əvvəl bu gün imkanları məhdud, lakin hədsiz həyəcanı olan kiçik bir studiyadan başlayıb.

Bu gün biz ilk gün həyəcanımız, güclü heyətimiz və imkanlarımız, 18 televiziya kanalı, 17 radio kanalı, xarici dillərdə beynəlxalq xəbər platformaları, milli və qlobal səviyyədə onlarla tədbir, rəqəmsal tətbiqlərlə 41 dil və ləhcədə dünyanın 7 qitəsinə çatırıq.

Biz bütün kanallarımızda ölkəmiz və dünya üçün innovativ, kəşf yönümlü və orijinal məzmunlu verilişlər istehsal etməklə saysız-hesabsız uğurlara imza atırıq.

Bütün dünyaya süzgəclərdən deyil, ədalətli gözlə baxmağa çalışırıq və insanları mərkəzə qoyaraq söz hüququnun ədalətli bölüşdürülməsi üçün var gücümüzlə çalışırıq.

Bunları edərkən biz yaddaşımızdan güc alır və gələcəyi məna mühitində qururuq.

İşimizin bütün sahələrində göstərdiyiniz səmimi səylərə görə hər birinizə minnətdarlığımı bildirir və uğurlarınızın davamlı olmasını arzulayıram.

TRT ailəsi olaraq bizim ən böyük gücümüz perspektivimizdir.

TRT həm yaddaş, həm də gələcəkdir”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu sözlər TRT-nin baş direktoru, professor Mehmet Zahid Sobacının TRT əməkdaşlarına təbrikindən idi.

Qeyd edək ki, 31 yanvar 1968-ci ildə Türkiyənin ilk sınaq televiziyası Ankaradakı Mithatpaşa studiyasında Mahmut Tali Öngörenin açılış çıxışı ilə başladı. Bu ilk test yayımı təxminən 1,5 saat çəkdi. Daha sonra həftədə 3 gün 3 saat davam edən yayımlar bir ildən sonra həftədə 4 günə yüksəldi. TRT İzmir 1970, TRT İstanbul isə 1971-ci ildə fəaliyyətə başladı.

Bütün xəbərlər Facebook səhifəmizdə