Musa Mirzəyevin 90 illik yubileyi münasibətilə konsert təşkil edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Əməkdar artistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin), İlyas Mirzəyev (piano), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) ifasında bəstəkarın əsərləri səsləndirilib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsi Fəxri xiyabanda yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə