"Bayraktar" - əfsanə qanadlar" Ukrayna ekranlarında

Ukraynalı jurnalistlər filmin çəkilişləri üçün 3 gün İstanbulda olublar

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraqdar - əfsanə qanadlar) adlı sənədli film hazırlayıblar.

Anadolu agentliyi xəbər verir ki, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün 3 gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondu İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

Ekran əsəri Ukraynanın digər televiziya kanalları və “youtube”da yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə