Bakıdakı Rus Evində Qara Qarayevin xatirə gecəsi təşkil olunacaq

Fevralın 1-də Bakıdakı Rus Evində tanınmış Azərbaycan bəstəkarı, alim-pedaqoq və ictimai xadim, Xalq artisti Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbir Əməkdar artist, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianoçusu Nərgiz Əliyeva tərəfindən təşkil olunacaq.

Tanınmış bəstəkar, müasir musiqi mədəniyyəti xəzinəsinə böyük töhfə vermiş Qara Qarayevə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı “Yeddi gözəl” baleti dünya şöhrəti qazandırıb. Bəstəkar müxtəlif janrlarda musiqilər bəstələyib. Onun yaradıcılığında musiqi teatrı üçün əsərlər, simfonik və kamera-instrumental əsərlər, romanslar, kantatalar, uşaq pyesləri, iki kvartet, romanslar, fortepiano və skripka üçün əsərlər və s. yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə