Böyük Britaniyada şahzadə Harrinin kitabı satışa çıxarılıb

Bu barədə “Evening Standard” qəzeti məlumat yayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bəzi kitab mağazaları yanvarın 9-dan 10-na keçən gecə kitabı nümayiş etdirmək üçün açıq olub.

Qeyd edək ki, memuarın ispan dilli versiyası yanvarın 5-də səhvən satışa çıxarılıb və Qərb mediası kitabdan çıxarışları dərc edib.

Belə ki, “The Telegraph” Harrinin “Taliban” terror hərəkatının 25 üzvünün qətlini etiraf etdiyi bir parçanı dərc edib. Memuarda Sasseks hersoqu 2019-cu ildə qardaşı Şahzadə Uilyam ilə davasından da bəhs edib.

Bildirilib ki, Uilyam Harrinin həyat yoldaşı Meqan Marklı “kobud” adlandırıb və bu ailə münaqişəsinə səbəb olub.

Qeyd edək ki, Şahzadə Harri 2006-cı ildə Sandhurst Kral Hərbi Akademiyasını bitirib. 2007-2008 və 2021-2013-cü illərdə Əfqanıstanda “Əl-Qaidə” və “Taliban” yaraqlılarına qarşı döyüş əməliyyatlarında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə