“Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
“Azərbaycan COP29 beynəlxalq konfransına ev sahibliyi etmək üçün böyük hazırlıq işləri görüb. Ölkəmiz bu konfransın digərlərindən fərqli olaraq nəticəyönümlü olmasına çalışır. Belə ki, konfransın gündəliyinə 14 təşəbbüs daxil etmişik. Bu təşəbbüslər dünyada iqlim dəyikliklərə qarşı mübarizədə əməlli nəticələrin əldə olunmasında həmrəylik və birlik yaratmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, həmin təşəbbüslərin həyata keçirilməsi üçün İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması vacib məsələdir: “Çünki ortada maliyyə olmadan iqlim dəyişikliklərə qarşı mübarizə effektiv tədbirləri aparmaq mümkün deyil. Bu baxımdan təşəbbüsümüzlə ilkin olaraq 1 milyard dollar maliyyəsi üzərində yaradılacaq fondun maliyyəsi 2 trilyon dollara çatdırılmalıdır. Çünki, bu gün iqlim dəyişikliklərə aparan əsasən iki amil antropogen və kosmik təsirləridir. Antropogen təsirləri insan tərəfindən yaradılırsa, kosmik təsirləri isə ümumiyyətlə yer kürəsini təhlükəli vəziyyətə salır. Bu gün inkişaf etməkdə olan və ada dövlətləri iqlim dəyişikliklərdən ən çox əziyyət çəkir. Hətta həmin ölkələrin su altında qalmaq təhlükəsi yaranmışdır. İqlim dəyikliklərini sürətləndirən təsirləri azaltmaq üçün mütləq şəkildə maliyyə mənbəyi olmalıldır. Bu gün Azərbaycanın İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını dəstəkləyən ölkələr çoxdur. Amma bu kollektiv həll olunmalıdır və ölkəmiz dünya ölkələri arasında körpülər salmağa və həmrəylik yaratmağa çalışır.
Bir neçə gündən sonra 11 noyabrda COP 29 beynəlxalq konfransı öz işinə başlayacaq. Təşəbbüslərimiz dünya tərəfindən qəbul olunur. Aparılan müzakirələr zamanı bir çox məsələlərin öz həllini tapacağına inamımız böyükdür. Çünki məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək təşəbbüsləri üzərində qurulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə