COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı olub

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açılışı olub. SİA xəbər verir ki, açılışda COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, könüllülər və media nümayəndələri iştirak ediblər.

Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar yaradılıb. Mərkəz həftədə 6 gün fəaliyyət göstərəcək.

Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə