COP29 zolaqlarında kimlər cərimələnəcək?

COP29 zolaqları əslində avtobus zolaqlarıdır. SİA xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkəti Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

O qeyd edib ki, həmin zolaqların çəkilməsi onsuz da, nəzərdə tutulmuşdu:

"Sadəcə, COP29 tədbirinə görə bu proses daha da sürətləndirildi. COP29 zolaqları hansısa meyar və status baxımından avtobus zolaqlarından fərqlənmir.

Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Bu zolaqlarda noyabr ayından etibarən, COP29 üçün nəzərdə tutulan avtobusların, xüsusi taksilərin və avtomobillərin hərəkəti nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerlər tələb olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə