COP29-un Azərbaycana verəcəyi dividentlər BƏLLİ OLDU - ŞƏRH OLUNDU

“Azərbaycan COP29-a mükəmməl səviyyədə ev sahibliyi edəcək. COP29-dan öncə ölkəmizdə hazırlıq işləri də yüksək səviyyədə həyata keçirilir. Azərbaycanda COP-la bağlı dövlət tərəfindən bütün quruculuq-bərpa işləri də daxil olmaqla, şəhərin infrasrtukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, COP-dan öncə keçdiyimiz həftə Pre-COP tədbiri də həyata keçirildi: “COP29 çərçivəsində ölkəmizə gələcək qonaqların rahat şəkildə qarşılanması və digər məsələlər də dövlətimizin diqqət mərkəzindədir.

COP29 ölkəmizə çox mühüm dividentlər gətirəcək. İlk olaraq dövlətimiz COP29-la bir daha təsdiqləmiş olacaq ki, Azərbaycan bu gün dünyanın ən mühüm tədbirlərinə ev sahibliyi edə bilir. Digər tərəfdən COP29 Azərbaycanın qlobal problemlərlə bağlı mövqelərini və ölkəmizin gücünü növbəti dəfə dünyaya göstərmiş olacaq. Bu baxımdan da COP29-un Azərbaycan üçün müxtəlif baxımlardan dividentləri olacaq. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından da olduqca əhəmiyyətlidir. COP29 bütövlükdə Azərbaycanın tanıdılmasında mühüm rol oynayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə