“COP29 ekologiyanın qorunması istiqamətində harmoniya yaratmalı, bir körpü rolu oynamalıdır. Düşünürəm ki, burada müzakirə olunan səylər öz bəhrəsini verəcək”. SİA xəbər verir ki, bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən Troyka ölkələrinin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbir deyib.
O qeyd edib ki, dünyanın ən böyük iqlim üzrə tədbiri hər bir ölkənin üzərinə düşən işləri açıq şəkildə müzakirə etməyə şərait yaradır: “Beynəlxalq əməkdaşlıq hər bir səviyyədə mühümdür. Bu əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələri paylaşmalı, texnologiyaları tətbiq etməliyik. İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır. Biz real iqlim dözümlülüyü yaradırıq və karbon qazının azaldılması istiqamətdə addımlar atırıq. Bu istiqamətdə daha geniş beynəlxalq əməkdaşlıqlar iqlim tərəqqisində mühüm faktordur. Nəticələrin isə müsbət olması gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə