Elnur Məmmədov İƏT üzvlərini məlumatlandırıb

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədov Nyu-Yorkda İƏT Nazirlər Şurasının 26-cı qeyri-rəsmi iclasında iştirak edib.

“Xarici işlər nazirinin müavini Azərbaycanın İƏT çərçivəsində fəal iştirakı və təşəbbüsləri, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT, turizm, rabitə, ətraf mühitin qorunması sahələrində əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycanın COP29-da sədrliyi barədə məlumat verib”, - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə