Azərbaycan Prezidentinin dayanıqlı iqtisadi inkişaf strategiyası

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə sentyabrın 8-də keçirilən müşavirədə dövlət başçısının çıxışında ölkə iqtisadiyyatı həm daxili iqtisadi faktorlar deyil, həm fə qlobal və regional dəyişikliklər fonunda təhlil edildi. Bu baxımdan, dövlət başçısının son çıxışını neftin dünya bazar qiymətinin aşağı olduğu dövrdə hökumət üçün strategiya kimi də qiymətləndirilməlidir. Azərbaycan Prezidentini qeyd etidyimi kimi, son illər Azərbaycan iqtisadiyyatında aparılan uğurlu siyasət, dövlət rezervlərinin həcminin qorunub saxlanılması hədəfləri ölkəmizin neftin dünya bazar qiymətinin aşağı olduğu və qlobal çətiliklərin mövcud olduğu dövrə böhransız və heç bir iqtisadi çətinlik olmadan daxil olmasına imkan verdi. Neftin dünya bazar qiymətinin azalmağa başladığı son bir ildə də Azərbaycan dövlət rezervlərinin həcminin qoruyub saxlamaq, ölkə iqtisadiyyat üçün "sığorta yastığının" əhəmiyyətini daha da artırmışdır.

Dünyada və eləcə də regionda baş verən dəyişikliklərə baxmayaraq Azərbaycan 2015-ci ilin geridə qalan aylarını uğurla başa vurdu. Öncədən proqnozlaşdırıldığı kimi Azərbaycan bütün makroiqtisadi göstəricilər üzrə artıma nail ola bilib. Qeyri neft sektorundakı artım tempinin ümumi daxili məhsuldakı artım tempini 2 dəfəyə yaxın üstələməsi də məhz iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına baş verdiyindən xəbər verir. Bu baxımdan, geridə qalan müddət eyni zamanda iqtisadi diversifikasiyanın təməl daşı kimi qiymətləndirilməlidir.

Son müşavirədə qeyd olunduğu kimi, Azərbaycan hətta neftin dünya bazar qiyməti aşağı olan dövrdə də Ümumi Daxili Məhsulda (ÜDM) artım dinamikası qoruyub saxlaya bildi. Qeye edə ki, ÜDM son on ildə ölkə iqtisadiyatının 7 dəfədən artıq böyüdüyünü göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6.7 dəfə artıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müqayisə dövrü ərzində Ermənistan və Gürcüstan iqtisadiyatı oxşar olaraq 3.6 dəfə artıb. MDB-nin ikinci güclü iqtisadiyatı hesab edilən Qazağıstanda isə müvafiq göstərici 6 dəfəyə yaxın olub. Göründüyü kimi, Azərbaycan iqtisadiyatının böyümə tempinə görə digər qafqaz ölkələrinin təxminən iki dəfə qabaqlayıb, həmçinin MDB-də ilk yeri tutub. Bundan başqa bəhs etdiyimiz dövr ərzində iqtisadi böyüməni şərtləndirən amillərin də diversiyası baş verib. Beləki, əgər 2003-2008-ci illərdəki böyüməyə səbəb neft sektorununda baş verən hasilat artımı idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynayıb və 2010-cu ildən başlayaraq neft sektorundakı kicilməyə baxmayaraq, ölkə iqtisadiyatı artım tempini qoruyub. Buradan çıxarılan nəticə, Azərbaycanın, neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyatın şaxələndirilməsi istiqamətində apardığı işlərin uğurlu nəticə verməsidir. Bir sözlə ötən on il ərzində iqtisadi artımın neft amilindən asılılığı minimuma endirilib, daha cox bazar konyukturuna uyğunlaşdırılmış istehsal mühiti formalaşdırılıb.

Azərbaycan iqtisadiyyatında hələlik neftin payının nisbətən yüksək olması tamamilə iqtisadi qanunauyğundur. Azərbaycan neft ölkəsidir və enerji resurslarının ixracatı ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verib. O baxımdan Azərbaycan Prezidentinin siyasi iradəsi ilə formalaşdırmaqda olan şaxələnmiş iqtisadiyyat məhz inkişaf etmiş infrastruktur əsasında priortitet sektorların ixrac qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. Neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur məhz neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdırılacaq.

Son müşavirədə qeyd edilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyatının-o cümlədən qeyri-neft sektorunun inkişafı ölkə Prezidentinin siyasi iradəsi nəticəsində aparılan iqtisadi islahatların nəticəsidir. Həmçinin, ölkənin iqtisadi gələcəyinin qeyri-neft sektoruna bağlı olması prioritet götürülərək bu sahədə ciddi infrastruktur işləri həyata kecirilib, yüksək investisiya mühiti formalaşdırılıb. Digər tərəfdən isə qanunvericilik bazası zamanın tələbinə uyğunlaşdırılıb, normal bazar münasibətlərinin formalaşmasında və azad rəqabətin təmin edilməsində ciddi nəticələr əldə edilib. Ölkəmizin etibarlı tərəfdaş imici yaradılıb və beynəlxalq nüfuzu müsbətə döğru dəyişməkdə davam edir. Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusi ilə strateji əhəmiyətli layihələrdə iradə nümayiş etdirən regional gücə cevrilib. Bir sözlə, ölkəmizin təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanılıb və Azərbaycan dünya iqtisadiyatının aktiv iştirakçısına cevrilib.

Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidentinin son çıxışındakı əsas tezisləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

Azərbaycan iqtisadiyyatı neftin dünya baza qiymətinin azalmasına hazır idi. Qlobal və regional çətinliklərə və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan vətəndaşları qlobal böhranın təsirlərini hiss etmirlər. İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Nəticədə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2003-cü ildə 1,6 milyard ABŞ dolları olduğu halda, ötən illər ərzində təxminən 30 dəfə artmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM -in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə müvafiq göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur. Bu isə Azərbaycanın böhrana qarşı xüsusi resepti kimi dı qiymətləndirilməlidir. Sözügedən göstəricilər üzrə MDB-də heç bir ölkə Azərbaycan ilə rəqabətə girmir. Azərbaycanda xarici borcların ÜDM-də payının az olması ölkənin iqtisadi təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətli məqamdır. Aydındır ki, strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə, ölkəmizin maliyyə dayanıqlığı və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin müharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini artırır. Valyuta ehtiyatlarının artım dinamikasına diqqət etdikdə görmək olar ki, 2011-2014-ci illərdə neft hasilatının azalmasına baxmayaraq, bu sahədə artım davam etmişdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan praktik olaraq hətta neftin dünya bazar qiymət yüksək olan illərdə belə post-neft dövrünə hazır olub. Məhz bu baxımdan da nəinki regionda, hətta Avropa və dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çində belə böhranın müşahidə edilməsinə baxmayaraq vətəndaşlarımız bunu hiss etmirlər.

Ümumilikdə isə son on ildə hökumət müəyyən etdiyi iqtisadi hədəflərə doğru uğurlu yol qət etmişdir. Ölkənin rəqabətliliyi gücləndirilmiş, yoxsulluq 45 faizdən 5,2 faizədək azaldılmış, faktiki işsizlik səviyyəsi 6 faizə enmiş, əhalinin gəlirləri 6 dəfə, xarici ticarət dövriyəsi 6,4 dəfə, strateji valyuta ehtiyatları 30 dəfə, dövlət büdcəsi 15 dəfə artmış, iqtisadiyyata yönəldilən daxili və xarici investisiyanın həcmi müstəqillik dönəmində baş vermiş ümumi qoyuluşların 89 faizinə bərabər olmuşdur. Neft sektorundan əldə edilən gəlirlərin səmərəli və məqsədli istifadəsi təmin edilmişdir.Bir sözlə, ötən on il ərzində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə kompleks yanaşma ortaya qoyulmuş, Azərbaycan iqtisadiyyatı üzünmüddətli depresiya dövründən sonra ciddi inkişaf yolu keçərək neftin düya bazar qiymətinin azlmasına tam hazır olmuşdur.

İqtisadi diversifikasiya prioritetdir. Azərbaycanda neftsiz iqtisadiyyatın dəyərləndirilməsi ilə bağlı bir sıra yerli və xarici ekspertlərin yanlış və qərəzli fikirlərinə baxmayaraq son proseslər bir daha təsdiq etdi ki, ölkəmiz neftin dünya bazar qiyməti aşağı olduğu dövrdə də inkişaf tempini qoruyub saxlamaq imkanlarına malikdir. 2015-ci ilin ötən dövründə müşahidə edilən iqtisadi artım bunu bir daha təsdiq edir. Əgər 2010-cu ildə Ümumi Daxili Məhsulda (ÜDM) qeyri neft sektorunun payı 49 faiz idisə cəmi il 4 il sonra bu göstərici 68 faizədək yüksəldi. Bu onu göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı nəinki ölçülən bilə hədəflər müəyyənləşdirilib, eyni zamanda iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub. Cənab Prezident İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin açılışında neftsiz iqtisadiyyatın formalaşdırılması vəinkişaf etdirilməsi ilə bağlı çıxışı isə mövcud siyasi iradəni bir daha nümayiş etdirməklə yanaşı, iqtisadiyyatın şaxələnməsində yeni bir mərhələnin əsasının qoyacaq. Ölkə Prezidentinin "biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir" fikirləri ölkəmizin dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını formalaşdırdı.

Qeyri-neft sektorunda mövcud artım tempinin qorunub saxlanması, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftsiz və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan qeyri-neft sektorunun dominat olduğu iqtisadiyyatı formalaşdırmağa imkan verəcək. Bütövlükdə, son 3 ildə qeyri-neft sektorunun iqtisadiyyatda payında ciddi artımlar müşahidə edilməkdədir. Belə ki, bu il də qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcək. Əgər, 2013-cü ildə qeyri neft sektorunun payı 26, 2014-cü ildə bunun 34 faiz olubsa, gələn il isə 35 faizə çatdırılması proqnozlaşdırılır. Bu o deməkdir ki, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz bənd artıb. İqtisadiyyatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında enerji sektordan asıllılığın aradan qaldırılması baxımdan bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergidaxilolmaların həcmi də artacaq. Vergili daxilomaların 68 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, 2015-ci ildə qeyri-neft daxiolmaların həcmi 512 milyon manat və ya bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 11.9 faiz artacaq. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manat və ya 27.8 faiz çoxdur. Büdcə gəlirlərinin diversifikasiyası eyni zamanda özünü Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasında göstərir. Belə ki, gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizədək yüksələcək ki, bu da 2014-cü ilin göstəriciləri ilə müqayisədə 5.5 faiz-bənd, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 8.5 faiz- bənd çoxdur. Buna paralel olaraq, özəl sektorunun ÜDM-də payı 83 faizədək yüksələcək. ÜDM-nin strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır.

Bir sıra xarici və yerli "qara piar" qurumlarının qərəzli açıqlamalarına baxmayaraq neftsiz iqtisadiyyatımız kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb. İnfrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabətqabliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb. Ölkə Prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asıllığı aradan qaldırmayacaq, eyi zamanda və həmçinin ölkəmizin rəqabətqabiliyyətini yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahataların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşdırılmaqdadır.

Sosial Azərbaycan Modeli. Qlobal və regional çətinliklərə baxmyaraq Azərbaycanda 2015-ci ilin ötən aylarında əmək haqqı və pensiyaların verilməsi ilə bağlı hər hansı yubanma və ya çətinliklər olmadı. Ölkəmiz planlaşdırdığı kimi bütü sosial proqramları həyata keçirmək imkanlarına malik oldu. Gələn ilin dövlət büdcəsində infrastruktur xərclərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq. Gələn ilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Bu olduqca pozitiv tendensiyadır. Birmənali şəkildə bu göstərir ki, ölkəmiz növbəti illərdə də sosial öhdəlikləri yerinə yetirməkda maliyyə təmaninatına malikdir. Digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35 faiz olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır. O baxımdan, növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir.

ASAN Azərbaycan Modeli. Ölkə prezidentinin starteji fikirlərinə uyğun olaraq Azərbaycan elektronlaşdırma prosesinin davam etdirilməsi olduqca vacibdir. Bu istiqamətdə ciddi addımlar atılıb və islahatlar davam etdirilir. Bir müddət öncə, Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzaladı. Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman "ASAN" xidmətinin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq ASAN Xidmətinin səlahiyyətlərinin genişləndirilməsi və daha çox xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Bütün növ icazələrin ASAN Xidmət vasitəsi ilə aparılması məqsədəuyğundur. Xidmətlərin elektronlaşdırılması həm şəffaflığın daha da gücləndirilməsinə, həm də dövlət qurumlarında xidmət rəqabətinin formalaşdırılması baxımdan vacibdir. Aparılan monitorinqlər göstərir ki, ASAN Xidmətə yeni xidmətlərin verilməsi, həmin funksiyaları həyata keçirən dövlət qurumlarında da işin keyfiyyətini artırır. Dövlət xidmətlərinin elektronlaşdırılması, struktur islahatları praktik olaraq bu məqsədlər üçün ciddi və dayanıqlı maliyyə bazası formalaşdıra bilər.

Beləliklə, Azərbaycan qlobal çətinliklərə baxmayaraq iqtisadi inkişaf tempini qoruyub saxlamaqdadır. Bu isə burbaşa cənab Prezidentin siyasi iradəsi ilə həyata keçirilən uğurlu strateji iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə