Bu gün Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı bazarda ciddi problem yoxdur. Demək olar ki, əksər hissələri tapmaq mümkündür. Bəzi marka və modellər üzrə müəyyən çatışmazlıqlar yaşansa da, həmin hissələri 10-15 gün ərzində sifarişlə gətirmək olur. Həm kuzov, həm mühərrik, həm silindr, həm də digər texniki hissələr üzrə Azərbaycanda kifayət qədər seçim mövcuddur.
Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, lakin əsas problemlərdən biri ehtiyat hissələrinin keyfiyyəti ilə bağlıdır. Bazarda orijinal hissələrlə yanaşı, daha ucuz və keyfiyyət baxımından zəif alternativlər də satılır. Məsələn, yaxın vaxtlarda bir avtomobilin ön hissəsi üçün ehtiyat hissəsi dəyişdirərkən gördüm ki, orijinal Çin istehsalı hissə ilə müqayisədə üç dəfə ucuz variantlar təklif olunur:
“Maraqlıdır ki, bəzi hallarda satılan ehtiyat hissələrinin keyfiyyəti avtomobilin üzərində zavoddan gələn hissələrdən də aşağı olur. Qiymətin ucuz olması səbəbindən alıcıların bir qismi məhz bu məhsullara üstünlük verir. Nəticədə avtomobilin təhlükəsizlik göstəriciləri zəifləyə bilər.
Xüsusilə qəza zamanı keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsi avtomobilə daha ağır ziyan vurulmasına səbəb ola bilər. Bu isə həm nəqliyyat vasitəsinin təhlükəsizliyinə, həm də sürücünün və sərnişinlərin sağlamlığına birbaşa risk yaradır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB