“Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafına mühüm töhfə verib” -LU MEY
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda ikinci panel sessiyada çıxışında bildirib ki, qlobal inkişaf və bəşəriyyətin gələcəyi ilə bağlı çağırışlar fonunda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin tərəfindən “Bir kəmər, bir yol” və Qlobal İnkişaf Təşəbbüsləri irəli sürülüb. Onun sözlərinə görə, bu təşəbbüslər elan olunduğu gündən etibarən 150-dən çox ölkənin və 30-dan artıq beynəlxalq təşkilatın dəstəyini qazanıb.
SİA xəbər verir, səfir qeyd edib ki, Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri son illərdə daha da inkişaf edib. O bildirib ki, Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasında əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, qarşılıqlı etimad və əməkdaşlıq daha da möhkəmlənib.
Lu Mey vurğulayıb ki, Çin və Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətlə həyata keçirilməsi və Qlobal İnkişaf Təşəbbüsünün reallaşdırılması istiqamətində sıx əməkdaşlıq edirlər. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi son üç il ərzində ardıcıl olaraq rekord göstəricilərə çatıb. Çin şirkətləri Azərbaycanda külək enerjisi, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları, tikinti materialları sənayesi və digər sahələrdə layihələr həyata keçirərək regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verirlər.
Səfir həmçinin bildirib ki, hakim siyasi qüvvələr olan Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında qurulan sıx əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, tərəflər dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini genişləndirib, kadr hazırlığı, media və analitik mərkəzlər arasında əməkdaşlığı gücləndirib, bununla da Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafına mühüm töhfə veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB