Yaxın vaxtlarda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
Azərbaycan və Böyük Britaniya yaxın zamanda Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır.
Bu barədə SİA Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Böyük Britaniya və Azərbaycan arasında bu il keçiriləcək Birgə Hökumətlərarası Komissiyanın iclası ərəfəsində strateji tərəfdaşlığa yeni təkan. Böyük Britaniyanın investisiyalar üzrə dövlət naziri Ceyson Stokvud Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı məhsuldar danışıqlar aparıb", – paylaşımda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB