UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
SİA xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), və "Vestri" (İslandiya) komandaları yer alıb.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB