Hindistanda quru hədəfləri vurmaq üçün nəzərdə tutulmuş yüksəkdəqiqlikli LRLACM uzaqmənzilli qanadlı raketin sınaqları keçirilib. Bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkədə məlumat yayıb. "Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odişa ştatında yerləşən Çandipur raket poliqonunda LRLACM-nin uğurlu sınaqlarını keçirib.
Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da onun səmərəliliyinin dəqiq monitorinqini təmin edib", - bəyanatda deyilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB