ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarəsinin düşməsi nəticəsində 8 nəfər həlak olub

ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarəsinin düşməsi nəticəsində 8 nəfər həlak olub

LOS ANCELES (AP) - Hərbi rəsmilər bildiriblər ki, Cənubi Kaliforniyanın Mojave səhrasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bazada B-52 bombardmançı təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və alovlanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, göyərtədə olan səkkiz nəfərin hamısı həlak olub.

Hava görüntülərində Los-Ancelesin şimalında yerləşən Edvards Hərbi Hava Qüvvələri Bazasında adi sınaq missiyası zamanı qəzaya uğrayan təyyarədən demək olar ki, heç nə qalmayıb. Bazanın uçuş-enmə zolağının yaxınlığındakı səhranın geniş bir hissəsindən qara tüstü qalxıb.

B-52 təyyarəsində olanlar arasında dövlət podratçıları və hərbi forma geyinmiş hərbçilər olub. Təyyarə istehsalçısı Boeing iki işçisinin göyərtədə olduğunu təsdiqləyib.

Edvardsdakı 412-ci sınaq qanadının komandir müavini polkovnik Ceyms Heys mətbuat konfransında bildirib ki, qəzanın görüntülərinə baxıldıqdan sonra heç kimin sağ qala bilməyəcəyi müəyyən edilib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə