İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında narkomaniya ilə mübarizəyə dair seminar keçirilib

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında narkomaniya ilə mübarizəyə dair seminar keçirilib

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: profilaktika və maarifləndirmə” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təqdimatla çıxış edib.

Dr. İsmayıl Əfəndiyev çıxışında narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, psixoaktiv maddələrlə bağlı kəskin zəhərlənmələr zamanı ilkin tibbi yardım prinsipləri, erkən diaqnostika və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. Eyni zamanda, gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomaniyanın profilaktikasında maarifləndirmənin rolu və bu sahədə tibb işçilərinin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.

Çıxış auditoriya tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda Dr. İsmayıl Əfəndiyev ən maraqlı sualların müəlliflərinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən dərc olunmuş “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika” adlı metodik vəsaiti hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə