"Qardaş və dost ölkə Can Azərbaycanın.." - Bürhanəddin Durandan PAYLAŞIM

"Qardaş və dost ölkə Can Azərbaycanın.." - Bürhanəddin Durandan PAYLAŞIM

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. SİA xəbər verir ki, Duran bu barədə X sosial şəbəkə hesabında yazıb. "Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm", - o bildirib.

B. Duran əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin daimiliyi və millətinin əmin-amanlığı üçün ortaya qoyduğu güclü iradənin rəmzidir:

"Eyni sevincləri və eyni acıları bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da "bir millət, iki dövlət" anlayışı ilə hər ötən gün daha da güclənməkdədir. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi şükran və minnətdarlıqla yad edirəm".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə