İspaniya millisi ŞOKDA - ilk oyunda xal itirdilər -(YENİLƏNİB)

İspaniya millisi ŞOKDA - ilk oyunda xal itirdilər -(YENİLƏNİB)

Futbol üzrə dünya çempionatında İspaniya Kabo Verde millisi ilə qarşılaşıb. Atlanta stadionunda keçirilən H qrupunun matçında sürpriz nəticə qeydə alınıb.

İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çmepionatında ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə