Rusiya XİN Ukraynaya qarşı dəniz arbitrajı işində qələbə qazandığını elan etdi

Rusiya XİN Ukraynaya qarşı dəniz arbitrajı işində qələbə qazandığını elan etdi

Haaqadakı Daimi Arbitraj Məhkəməsi (PCA) Rusiya ilə Ukrayna arasında Kerç boğazı, Azov dənizi və Krım ətrafındakı Qara dəniz sularındakı hüquqlar üzrə mübahisədə yekun qərar qəbul edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında, beş müstəqil hakimdən ibarət arbitraj heyəti Kiyevin demək olar ki, bütün iddialarını rədd edib .

Nazirlik bildirib ki, "Əlcəzair, Birləşmiş Krallıq, Meksika, Rusiya və Koreya Respublikasından olan beş müstəqil arbitrdən ibarət arbitraj məhkəməsi yekdil qərar qəbul edib. Əsas geosiyasi, beynəlxalq hüquqi və tarixi ölçülərə malik olan iş Rusiya Federasiyasının qəti qələbəsi ilə başa çatıb".

Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, məhkəmə Ukraynanın Krım və Azov bölgəsi sularındakı ehtiyatlar üzərində nəzarəti bərpa etmək tələbini, eləcə də Rusiyadan hər hansı "kompensasiya" və ya "təzminat" tələbini rədd etdi. İlk dəfə olaraq, hüquqi qüvvəyə malik qərarla Kerç boğazının və Azov dənizinin statusu suveren dövlət ərazisinin bir hissəsi olan daxili sular kimi tanınıb. Arbitraj məhkəməsi həmçinin Kiyevin Krım körpüsünün sökülməsi tələbini əsassız hesab edərək rədd edib. Körpünün tikintisi, üzən qazma platformalarının Rusiya yurisdiksiyasına verilməsi və Rusiya sərhədçiləri tərəfindən Kerç boğazında gəmilərin yoxlanılması BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasını pozmur.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə