Azərbaycanın mövqeyi hər üç dövlət üçün önəmlidir
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənilər atəşkəs rejimini pozmaqda davam edir, atışmalar intensiv xarakter daşıyıb.
Xarici mətbuatda Azərbaycandakı vəziyyətlə bağlı fikirlərini bildirən ekspertlərin sözlərinə görə, "cəbhədə hər iki tərəfdən itkilərin olduğu qarşıdurma və gərginliyə səbəb ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə ziyarətini sabotaj etməkdir". Bir sözlə bölgədəki maraqlı güclər Ermənistan vasitəsilə xanım diplomata bir mesaj verdi. Çünki Klinton Bakı səfərindən əvvəl istər Yerevan, istərsə də Tbilisi səfərlərində Dağlıq Qarabağla bağlı mənfi fikir səsləndirmədi.
Əhəmiyyətli ip ucu
Rusiyanın MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulinin fikrincə, xanım Klintonun ziyarəti Cənub Qafqazın gələcəyi mövzusunda əhəmiyyətli ip ucu verib. Onun sözlərinə görə Qafqaz bölgəsindəki istənilən vəziyyət Orta Şərq və İrandakı hadisələrə təsir edə biləcək bir durumdadır. Bölgə üzrə mütəxəssis ABŞ-da prezident seçkiləri öncəsində İrana qarşı savaşın başladılması fikrinin belə məntiqsiz olduğunu deyib. Hərbi güc baxımdan da müqayisə edildiyi zaman İrana qarşı əməliyyatın İraq və Liviya hücumlarından daha çətin olacağı ehtimalı böyükdür. Zatulin bu vəziyyətdə ABŞ-ın İran ətrafındakı ölkələrdən ibarət ittifaq yaratma səylərinin artdığını və bunu prioritet məsələ olduğunu vurğulayıb: "Bu vəziyyətdə Azərbaycanın tutduğu mövqe xüsusi bir önəm kəsb etmiş olacaq. Vaşinqton rəhbərliyi İrandakı Fars rejimini aradan götürmək üçün Azərbaycanın siyasi təzyiqinin kilid mövqedə olduğunun fərqindədir".
Fars rejimini devirmək üçün yeni plan
Rusiya mətbuatının da yaydığı xəbərlərdə bildirilir ki, Pentaqon İranda rejimi devirmək üçün plan hazırlayır. Məlumatlara görə, İrana zərbələr endirmək üçün ABŞ hərbi qüvvələri İraq ərazisindən istifadə etməyi planlaşdırır, bununla yanaşı Azərbaycan və Gürcüstanın ərazilərin də istifadə edilməsi nəzərdə tutulur. Rəsmi Bakı isə Azərbaycanın İrana qarşı əməliyyatlarda mümkün iştirakı haqda məlumatları təkzib edərək bunun Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq istəyən qüvvələr tərəfindən yayıldığını bildirib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Azərbaycanın Birləşmiş Ştatların İrana qarşı əməliyyatlarına qoşulması haqda verilən məlumatlar həqiqətə uyğun deyil. Bu informasiya Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsində maraqlı olan bəzi mənbələr tərəfindən verilib.
Birləşmiş Ştatların Azərbaycandakı səfiri Ross Vilson da Amerikanın İrana qarşı hərbi əməliyyatlara Qafqaz respublikalarını cəlb etmək planları olmadığını deyib.
Rusiya bölgəyə diqqəti artırır
Bu arada Rusiya Prezident Administrasiyasında Cənubi Qafqaz respublikaları, habelə bölgədəki separatçı bölgələrlə iş üzrə kuratorunu dəyişməsi və bu vəzifəyə daha təcrübəli şəxs olan Sergey Çebotaryovun gətirilməsi Rusiyanın bölgəyə diqqətinin artmasından xəbər verir.
Qərb mətbuatı isə Rusiyanın hərbi təyyarələrinin Ermənistan üzərində təlim uçuşlarının sayının artırması ilə bağlı xəbər yayıb. ABŞ-ın "New-York Times" qəzetinin yaydığı məlumatda bildirilir ki, Rusiya bununla Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edir.
Hərbi təyyarələr döyüşə hazırlaşır
Ötən ilə nisbətən 2012-ci ildə Rusiyanın Ermənistandakı hərbi bazalarında təlim uçuşlarının sayı 20 faiz artaraq 300-ə çatdırılıb. Qəzet Rusiya hərbi qüvvələrinin rəsmisi polkovnik İqor Qorbula istinadən yazır ki, hərbi təyyarələr bu təlimlərlə real döyüşə hazırlaşır.
"New-York Times" xatırladır ki, Rusiya dəfələrlə tərəfləri Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çağırsa da, hərbi bazasını bu ölkədə yerləşdirməklə yanaşı, Ermənistana mütəmadi olaraq silah satır.
Qəzet onu da qeyd edir ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan BMT-yə müraciət edərək vasitəçilərin köməyi ilə münaqişədə bu il həll yolunun tapılmasına ümid edir.
Regionda vəziyyətin pisləşməsi kimə sərf edir?
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



