...Avropa saniyədə bir kvantilyon əməliyyat yerinə yetirməyə qadir olan dünyanın ən güclü superkompüterini əldə edib.
O, meteoroloqlara daşqın və tufanları dəqiq proqnozlaşdırmağa, fiziklərə və tibb tədqiqatçılarına hesablama məlumatlarının olmaması səbəbindən əvvəllər qeyri-mümkün olan tədqiqatlar aparmağa, həmçinin yeni, effektiv dərmanlar hazırlamağa kömək edəcək.
SİA-nın məlumatına görə, kompüter JUPITER adlanır.
O, təxminən 10 milyon şərti noutbuk gücünə malikdir. JUPITER-in buraxılmasından əvvəl dünyada yalnız üç belə maşın mövcud idi.
Alimlərin fikrincə, YUPİTER-in gücü Avropa elmində inqilab edəcək. Tədqiqatçılar iqlim və hava proqnozlarını kilometr səviyyəsində dəqiqliklə modelləşdirə biləcəklər.
Bu, yanğına səbəb ola biləcək daşqınlar, tufanlar və istilik dalğaları kimi ekstremal hadisələrin yüksək dəqiqliklə proqnozlaşdırılmasına imkan verəcək.
Elmi araşdırmalardan başqa, JUPITER Avropada gələcək süni intellekt nəsli üçün də təməl rolunu oynayacaq.
Bu yüksək güclü qurğu ənənəvi yüksək məhsuldar maşınlardan fərqli olaraq tamamilə “yaşıl”dır.
Sistem qabaqcıl soyutma və enerjinin təkrar emalı texnologiyalarından istifadə etməklə tamamilə bərpa olunan enerji mənbələri üzərində işləyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə