“Tomaqavk” və ya digər uzaqmənzilli silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə edilən zərbələr heyrətamiz cavabla qarşılanacaq.
SİA-nın məlumatına görə, bunu Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Qurultayından sonra Rusiya prezidenti Vladimir Putin deyib.
O, Kiyevə “Tomaqavk” raketlərinin tədarükü barədə söhbəti “münaqişənin gərginləşməsi cəhdi” adlandırıb.
...Ancaq belə silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilərsə, cavab heyrətləndirici olmasa da, çox ciddi olacaq. Qoy onlar bu barədə düşünsünlər.
Bunu Putin bildirib.
...Bundan əvvəl Vladimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Kiyev tezliklə “Tomaqavk” raketlərini ala bilər.
Lakin Kiyev və Vaşinqton arasında bu məsələ ilə bağlı danışıqlar dalana dirənib.
Zelenskinin sözlərinə görə, Ukrayna Tomaqavk və ya digər uzaqmənzilli silahları onlara malik olan Avropa dövlətlərindən ala bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə