Putinin hərbi maşını ABŞ-ın yeni sanksiyalarından ciddi zərbə alacaq...
...ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı müharibədən məyus olması fonunda Rusiyanın iki ən böyük şirkətinə qarşı yeni sanksiyalar elan edib.
SİA-nın məlumatına görə, “The Wall Street Journal” yazır ki, bu sanksiyalar Trampın ikinci dövründə Rusiyaya qarşı ABŞ-ın ilk birbaşa tədbirləri olacaq.
Məhdudiyyətlər “Lukoil” və “Rosneft”i, eləcə də onların 30-a yaxın törəmə şirkətlərini əhatə edir.
Nəşr əlavə edir ki, sanksiyalar Ukraynada atəşkəs danışıqlarının dalana dirənməsi səbəbindən tətbiq edilir. Bundan başqa, Tramp Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü təxirə salıb.
...Bu günə qədər "Rosneft" və "Lukoyl" ABŞ-ın kapital bazarlarından kəsilib. Bu gün onlar dollardan - istənilən növ əməliyyatlardan tamamilə kəsiliblər.
Dövlət Departamentinin sanksiyalara cavabdeh olan keçmiş yüksək vəzifəli rəsmisi Eddi Fişman izah edib bunu.
Sanksiya elanında Maliyyə Departamenti həmçinin xəbərdarlıq edib ki, “əhəmiyyətli əməliyyatlar aparan və ya asanlaşdıran və ya Rusiyanın hərbi-sənaye bazası ilə bağlı hər hansı xidmət göstərən xarici maliyyə qurumları” da “sanksiyaya məruz qalma riski var”.
Departament əlavə edib ki, yeni təyin olunmuş qurumlarla aparılan əməliyyatlar “iştirak edən xarici maliyyə institutlarına ikinci dərəcəli sanksiyaların tətbiqi ilə nəticələnə bilər”. "Çin bankı, BƏƏ neft treyderi, Hindistan neft emalı zavodu - onlardan hər hansı biri bu Rusiya şirkətləri ilə əməliyyatlar apararsa, ABŞ sanksiyalarına məruz qala bilər", - Fişman əmin edib.
Rusiyanın neft və enerji resurslarını satma qabiliyyətinə qarşı sanksiyaların da ölkə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir.
...Rusiyanın hərbi maşını ciddi zədələnəcək”. "Onlar artıq hökuməti və ordunu maliyyələşdirməkdə çətinlik çəkirlər, buna görə də bu, onların müharibəni davam etdirmək qabiliyyətinə təsir edəcək və Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün hərəkətverici amil ola bilər.
Bunu isə Ağ Ev və Maliyyə Departamentinin keçmiş rəsmisi Kim Donavan vurğulayıb.
Eyni zamanda, yüksək səviyyəli Avropa rəsmiləri uzun müddətdir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Kremli Ukraynadakı müharibəni dayandırmaq üçün ciddi danışıqlara getməyə məcbur edəcəyini bildiriblər.
Bu gün, oktyabrın 23-də Avropa İttifaqının gələn ildən başlayaraq Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulmasını da əhatə edən 19-cu tədbirlər paketini təsdiqləməsi planlaşdırılır.
...Avropa İttifaqı liderlərinin də cümə axşamı günü Ukraynaya müharibənin ilk günlərində dondurulmuş Rusiya aktivlərindən 200 milyard dollar kredit ayıracaq planı dəstəkləyəcəkləri gözlənilir. Bu pul Kremli müharibəni bitirmək yollarını axtarmağa inandırmaq üçün Ukraynaya növbəti iki il ərzində silahlı qüvvələrini saxlamağa kömək etmək məqsədi daşıyır.
Bunu da “The Wall Street Journal” yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə