Skandinaviya ölkələri dronlar almaq üçün güclərini birləşdirir

Finlandiya, İsveç, Norveç və Danimarka pilotsuz uçuş aparatları və müvafiq texnologiyaların birgə alınması barədə razılığa gəliblər.

SİA xəbər verir ki, müvafiq sənəd Helsinkidə imzalanıb. Finlandiyanın müdafiə naziri Antti Hyakkyanenin sözlərinə görə, məqsəd regionda birgə əməliyyatların həyata keçirilməsini asanlaşdırmaq və Ukraynanı dəstəkləməkdə Skandinaviya ölkələrinin əlaqələndirilməsini gücləndirməkdir.

Təşəbbüs təkcə birgə satınalmaları deyil, həm də tədqiqat və təkmilləşdirmələrin aparılmasını, kadr hazırlığı və məlumat mübadiləsini nəzərdə tutur. İlkin layihələrə NATO-nun Təminat və Satınalma Agentliyi (NSPA) ilə tərəfdaşlıqda mikrodronların birgə tədarükü, həmçinin Danimarka Müdafiə Nazirliyi ilə bağlanmış çərçivə sazişləri çərçivəsində kiçik dronların satın alınması daxildir.

Birgə satınalma həcmlərinin artmasının milli xərcləri azaltmağa, sənayenin istehsal potensialını gücləndirməyə və Skandinaviya ölkələri silahlı qüvvələrinin operativ uyğunlaşmasını artırmağa imkan verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə