Medvedev “Trampın Rusiya ilə müharibə yoluna girdiyini” deyir...

O, ABŞ-ın yeni sanksiyalarından və Putinlə sammitin ləğvindən sonra...yaman qışqırdı..?

...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə Macarıstanda keçiriləcək görüşü ləğv edərək, “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq etməklə müharibəyə üstünlük verib.

...Əgər çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı illüziyası varsa, onlar buradadır. ABŞ bizim düşmənimizdir və onların danışıq “sülhməramlısı” indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna çıxıb.

SİA xəbər verir ki, bunu deyən Medvedevin sözlərinə görə, Tramp Kiyevin tərəfində “həmişə fəal mübarizə aparmasa da, bu, ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin deyil, indi onun münaqişəsidir”.

Qeyd edək ki, oktyabrın 23-də Tramp Putinlə Budapeştdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması ilə bağlı müzakirələrin davam etdirilməsinin planlaşdırıldığı sammitin ləğv edildiyini açıqlayıb.

Ağ Ev rəhbəri izah edib ki, o, indiki vaxtda onların “bəyan edilmiş məqsədlərinə nail ola bilməyəcəkləri” qənaətinə gəlib. Tramp deyib ki, o, həmişə Putinin “bütün Ukraynanı almaq istədiyini” hiss edib, lakin ABŞ buna imkan verməyəcək.

...Biz onun hər şeyə sahib olmasını istəmirik...

Amerika lideri deyib bunu.

Tramp sammitin ləğvi ilə yanaşı, Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”a sanksiya tətbiq edib və “vaxtının yetişdiyini” bəyan edib.

...Biz kifayət qədər uzun müddət gözlədik; mən düşünürdüm ki, biz bunu (Ukraynadakı müharibəni bitirmək üçün) Yaxın Şərqdən çox əvvəl edə bilərik...

Tramp bundan sonra Putinin “daha ​​ağlabatan olacağına” ümid etdiyini bildirib..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə