Rusiya neft nəhəngləri yeni sanksiyalara görə “qırmızı üzü” görüblər...
...Rusiyanın neft nəhəngləri “Lukoyl” və “Rosneft”in səhmləri ABŞ-ın onlara qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda oktyabrın 23-də səhər ticarət sessiyasında kəskin ucuzlaşır.
SİA xəbər verir ki, “Investing” portalının məlumatına görə, ticarət başlayandan “Lukoyl”un səhmləri 4,37, “Rosneft”in səhmləri isə 3,21 faiz ucuzlaşıb.
Neft nəhənglərinin səhmləri sessiyanın əvvəlində ən böyük eniş edənlər arasında qırmızı rəngdədir.
Onlara Qazprom, VTB Bank və Sberbank qoşulur.
Bu qiymətli kağızların sahiblərinə – həm “Lukoyl”, həm də “Rosneft”ə aktiv şəkildə satmaq tövsiyə olunur.
Oktyabrın 22-də ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi açıqlanıb. Məhdudiyyətlər “Rosneft”in 28 törəmə müəssisəsinə və “Lukoil”in altı törəmə müəssisəsinə də təsir edəcək.
Yeni məhdudiyyətləri şərh edən ABŞ prezidenti Donald Tramp deyib ki, o, “vaxtının çatdığını hiss edib”.
O, həmçinin Vladimir Putinlə görüşün ləğv edildiyini açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə