“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 1998-ci il 21 fevral tarixli Müqavilənin tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Ülvi Rafik oğlu Hüseynovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
SİA-nın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə