Baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb...

...Kopeyskdəki zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zavodun daha 10 əməkdaşının yeri müəyyənləşdirilir.

...Fövqəladə Hallar Nazirliyi hadisə yerində axtarış işlərini davam etdirir, - deyə o yazıb.

Qeyd edək ki, Kopeyskdəki zavodda partlayış və yanğın oktyabrın 23-nə keçən gecə baş verib.

"Radiotochka NSN" Telegram kanalının məlumatına görə, bundan əvvəl 10 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə