Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddində Kəlbəcər , Laçın , Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribat törətmişlər. Təxribatın qarşısı müzəffər ordumuzun qüvvələri tərəfindən qətiyyətlə alınmışdır. Təəssüflər olsun ki, erməni təxribatının qarşı alınan zaman itkilər də olmuşdur. Şəhidlərimiz var! Qəlbimiz sızlayır. Lakin bir təsəllimiz var ki, həmin şəhidlər öz canlarını vətən torpaqlarının qorunub-saxlanılması, ərazi bütövlümüzün təmin olunması, mənfur düşmənin təxribatlarının qarşısının alınması uğrunda qurban vermişlər:
Analar oğul doğar , Vətəni qorumaq üçün,
Oğullar şəhid olar , Vətəni yaşatmaq üçün !
İtkilərimiz nəqədər çox, dərdimiz nə qədər böyük olsada biz mənfur düşmənlərə heç zaman fürsət verməməliyik . Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı təqdirdə mənfur düşmənin ayaqları vətənimizdən çəkilənə qədər davam etməlidir . Çünki biz heç zaman razı ola bilmərik ki , düşmənlər gəlib torpağımızda , sərhədimizdə təxribat aparsınlar.Möhtərəm prezidentimiz , Ali Baş Komandan İlham Əliyev Cənablarının göstərişi ilə aparılan cavab tədbirləri , hərbi əməliyyatlar , vətənimizin ərazi bütövlüyünün təmin olunmasına, düşmən təxribatlarının qarşısının alınmasına istiqamətləndirilmişdir. Şübhəsiz ki, bu yolda şəhid də verəcəyik , itkilərimiz də olacaq , hər birimiz dərk etməliyik ki, bu müqəddəs bir savaşdır. Vətənin var olması üçün aparılan döyüşdür . Ona görə də bu itkilərə , ağrılara , acılara baxmayaraq hər birimiz dövlətimizin ətrafında sıx birləşməli , prezidentimizi , dövlətçiliyimizidəstəkləməliyik.Qürurverici bir haldır ki, vətənimizin oğulları bir qarış torpaqlarımızı belə düşmən əlində qoymamaq amacı ilə döyüşlərə girir , torpaq və vətən uğrunda öz şirin canlarını qurban verirlər , öz canlarını belə əsirgəmirlər. Əfsuslar olsun ki, bu ərəfədə “sapı özümüzdən olan baltalar” radikal müxalifətçilər , xəyanətkarlar hay- küy qaldıraraq Azərbaycanın haqlı işinə kölgə salmağa , düşmənin dəyirmanına su tökməyə çalışırlar. Şübhəsiz ki, bu cür cəhdlərin xəyanətdən başqa bir adı yoxdur. Vətənə xəyanətin isə cəzası da böyük olmalıdır , ağır olmalıdır . Lakin xalqımızın vətənpərvər insanları , igid oğullarımız onların bu iyrənc , mənfur təbliğatına heç zaman məhəl qoymamış , onların vaxtında layiqli cavablarını vermişlər . Onları susdurub yerlərində oturtmuşlar. Xalqımızın ən ağır günlərində belə dövlətçiliyimiz , Prezidentimizin ətrafında sıx birləşmiş və düşmənə layiqli cavabını vermişdir . Azərbaycan tutduğu haqq yolundan dönməyəcək . Torpaqlarımızın bir qarışı belə düşmən əlində qalmayacaqdır!
Qarabağ Azərbaycandır!
Svetlana Rüstəmova
Bütün xəbərlər Facebook səhifəmizdə