120 milyon funt sterlinq dəyərində
Böyük Britaniya Sudandakı vətəndaş müharibəsinin ikinci ildönümü münasibətilə Londonda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkəyə 120 milyon funt sterlinq dəyərində yeni yardım paketini elan edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi tədbirdə Afrika İttifaqı və Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələrini qəbul edib. O, bildirib ki, bu vəsait 2025–2026-cı maliyyə ili üçün nəzərdə tutulub və münaqişədən zərər çəkmiş 650 mindən çox sudanlının dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, bu yeni maliyyə yardımı 2023-cü ilin noyabrında açıqlanmış 113 milyon funt sterlinqlik paketə əlavə olaraq təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə