"Azərbaycan beynəlxalq forumlarda və tədbirlərdə çox yüksək səviyyədə iştirak edir" - EKSPERT FİKRİ
"Azərbaycan beynəlxalq forumlarda, beynəlxalq tədbirlərdə çox yüksək səviyyədə iştirak edir. Xüsusən mütəffiq olan ölkələrdə daha da yüksək fəallıq göstərir. Bunun isə son oxşarı Türkiyənin Antalya şəhərində keçirilən forum idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Antalya Diplomatik Forum"da özü şəxsən iştirak etdi və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla da burada görüşü oldu". Bu sözləri SİA-ya açıqlamasında ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, qardaş Türkiyədə keçirilən bu tədbirin çox böyük önəmi vardır. Cənab Prezidentin rəhbərliyi ilə nümayəndə heyəti bu tədbirdə çox fəal şəkildə iştirak etmişdir: "Azərbaycan dövləti bu forum zamanı ikitərəfli çox önəmli görüşlər keçirdi. Önəmli diskussiyalar və məsələlər bu forumda müzakirə edildi. Azərbaycan dünyada yeganə ölkədir ki, xarici siyasəti həddindən artıq uğurludur. Dünyada çox bir-birinə qarşı duran güclər var. Azərbaycan isə öz milli maraqlarına, dövlət maraqlarına uyğun siyasət həyata keçirir. Bu siyasətlə də Azərbaycan regionda və dünyada nüfuzunu artırır. Hətta böyük dövlətlər arasında Azərbaycan vasitəçilik edir. Azərbaycan hər zaman dünyada sülhün və təhlükəsizliyin qorunması üçün önəmli rol oynayır. Azərbaycan həm də dünya iqtisadiyyatına da hər zaman öz töhfəsini verir, mədəniyyətlərarası, dinlərarası dialoqlara çox böyük önəm verir. Hər böyük tədbirlərdə də Azərbaycan yüksək səviyyədə iştirak edərək dövlətimizin milli maraqlarına uyğun addımlar atır.
Türkiyədə bizim qardaş dövlətimizdir. Şuşa bəyannaməsi ilə də mütəffiqimizdir və hər zamanda təbii ki, bizim mütəffiqimiz olaraq yanımızdadır. Türkiyə ilə Azərbaycan arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olmuş və olacaqdır. İstər Azərbaycanda keçirilən tədbirlərdə və forumlarda, istərsə də, Türkiyədə keçirilən tədbir və forumlarda hər iki ölkə yüksək səviyyədə iştirak etmişlər. Türkiyənin də regionda və dünyada nüfuzu artır. Türkiyənin istər hərbi baxımdan, istərsə də siyasi baxımdan önəmi bizim üçün çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə