“Meyit ferması”nın mövcud olduğu yeganə ölkə…

…Birləşmiş Ştatlar “meyit təsərrüfatlarının” mövcud olduğu yeganə ölkədir. Onların ən böyüyü 10.000 kvadratmetr ərazini əhatə edir.

SİA-nın məlumatına görə, 1980-ci illərdə ABŞ-da ilk “meyit ferması” və ya “cəsəd ferması” açıldı.

Onu Tennessi Universitetinin antropoloqu Uilyam Bass kəşf edib. O, insan cəsədlərinin müəyyən amillərin təsiri altında necə parçalandığını müşahidə etmək üçün yerləşdirdiyi kiçik bir torpaq sahəsi alıb.

Bu gün meyit təsərrüfatı tədqiqatçıları cəsədlərin açıq havada, günəşdə və ya kölgədə, yeraltında, suda, heyvanların təsiri altında və hətta gövdədə necə parçalandığını öyrənirlər.

Bütün bu məlumatlar amerikalı kriminoloqlara cinayətlərin təhqiqində kömək etmələ yanaşı, ölümün dəqiq vaxtını da müəyyən edir.

Həmçinin belə təsərrüfatların köməyi ilə ölümün necə baş verdiyini müəyyən etmək olar..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə