“Pobeda” Hava Yollarına məxsus təyyarənin radarında fantom izləri yaranıb.
SİA xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Aprelin 14-də göyərtəsində sərnişinlərin olduğu "Boeing 737-800" təyyarəsi Mahaçqaladan Sankt-Peterburqa uçurdu. Təyyarə Leninqrad vilayətinin üzərində olarkən, TCAS cihazında hündürlük göstəricisi olmayan bir-üç naməlum işarə göründü.
Eyni zamanda, digər müşahidə avadanlıqları işarələrə uyğun gələn heç bir təyyarəni qeydə almayıb.
Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib.
Bundan əvvəl Şimal-Qərb Hava Yollarına məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etmək cəhdi olub.
Bu, Yamalın Sabetta kəndindən Moskvaya uçan təyyarədə baş verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə