Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə