Poroşenko Ukrayna hakimiyyətini tənqid edib

…Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi ölkədə hakimiyyəti qəsb edir.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

O, Ukrayna hakimiyyətinin hərbi vəziyyət və səfərbərlik müddətini daha 90 gün uzatması xəbərini belə şərh edib.

Poroşenko qeyd edib ki, bu qərar mövcud hərbi vəziyyətin bitməsinə bir ay qalmış verilir.

Onun sözlərinə görə, hakimiyyət hərbi vəziyyətdən sui-istifadə edərək, ondan avtoritar rejim qurmaq üçün istifadə etməyə başlayıb.

O əlavə edib ki, Prezident Aparatının parlamentarilər üzərində “məhdud səlahiyyəti” bütün ölkə üçün alçaldıcıdır.

Bundan əvvəl Zelenski Ali Radaya hərbi vəziyyətin və səfərbərliyin mayın 9-dan uzadılması ilə bağlı qanun layihələrini təqdim edib.

Hərbi vəziyyət dövründə Ukrayna hakimiyyəti prezident və parlament seçkilərini qadağan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə