"Əslində burada ən doğru çıxış yolu isə taksometrlərin qoyulmasıdır" - NƏQLİYYAT ÜZRƏ EKSPERT ŞƏRH ETDİ

"Əslində bu məsələyə baxanda onu deyə bilərəm ki, bizim ölkədə qeyri-rəsmi sövdələşmə deyilən bir nüansda var. Eyni zamanda humanist prinsiplərdə yanaşsaq istər restoran sahələrində, istər taksi sahəsində el dili ilə desək "Çayavoy" deyilən bir termində var. Yəni burada söhbət nədən ibarətdir deyə soruşsanız, buna misal olaraq onu deyə bilərəm ki, məsələn taksi çağırmısınız və qiymətdə 5.10 AZN qeyd olunub. Əgər bu zaman bir başa kartnan ödəniş vuranda olan məbləğ müştərinin kartından çıxılır, amma nağd ödəniş etdikdə bu zaman müştəri 5.10 AZN-lik ödənişin yerinə 6 AZN ödəyir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib.

Onun sözlərinə görə, gün ərzində həmin o rəqəmi yuvarlaqlaşdırdıqda müştəri tərəfindən nağd ödəniş olan məbləğlərdən qalan qalığ gün sonunda taksi sürücüsünə qalır: "Bu qalan məsəl üçün 10-15 manatlıq məbləğ artıq bir-başa taksi sürücüsünün özünə qalan məbləğdir. Çünki taksi şirkəti ilə hesablaşmanı aparanda həmin o tarifin yazıldığı qiymət üzərindən aparılır. Əslində burada ən doğru çıxış yolu isə taksometrlərin qoyulmasıdır. Taksometrlər məsafədən asılı olaraq nə qədər qiymət yazırsa və eyni zamanda bütün taksi şirkətləri taksiləri post-terminallarlada təmin edərsə bu zaman mənim fikrimcə nə taksi sürücüləri tərəfindən müştərilərə, nədə müştəri tərəfindən taksi sürücülərinə problem yaranar. İkinci bir problem isə ondan ibarətdir ki, sürücü müştəriyə qabaqcadan sual verir ki, gedişin ödənişi kartdı yoxsa nağd ödənişdir. Kartnan ödəniş üçün isə o zaman avtonəqliyyatın post-terminal ödənişi olsun. Onuda deyə bilərəm ki, taksi şirkətlərinin avtomobillərinin 90 faizinin demək olar ki, post-terminallardan istifadə etmirlər. London taksiləri istisna olmaqla digər bütün taksilərdə post-terminallardan istifadə olunmur. Və bununda nəticəsi olaraq taksi sürücüləri kartnan olan ödənişləri qəbul etmir və burada da, müəyyən problemlər yaranmağa başlayır. Əgər doğurdan da, taksometr quraşdırılıb nəqliyyat vasitələridə post-terminallarla təmin olunarsa o zaman bu məsələlər və mübahisələr aradan qaldırılmış olar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə