Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37, Köndələnçayda 10, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 santimetr artım qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə